
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə sahibkarlar üçün bazarın tələbatına uyğun olaraq 9 istiqamət üzrə daxili bazar araşdırmaları aparılıb.
Yeniavaz.com xəbər verir ki, bazar araşdırmalarını “İnnovativ Trainings” MMC (VÖEN – 1806732181) həyata keçirib.
Qeyd edək ki, ötən il 9 istiqamət üzrə aparılan daxili bazar araşdırmaları üçün KOBİA “İnnovativ Trainings” MMC-yə 161 min 760 manat ödəniş edib.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 10 manat olan “İnnovativ Trainings” MMC KOBİA-nın keçirdiyi tender müsabiqəsindən cəmi bir il əvvəl – 28 iyun 2024-cü il tarixində dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Əliyev Abbas Əbdüləli oğlu olan “İnnovativ Trainings” MMC barəsində açıq mənbələrdə məlumat mövcud deyil. MMC-nin nə rəsmi saytı, nə sosial şəbəkə hesabları, nə də digər əlaqə vasitələri mövcuddur.
Şirkətin daha əvvəl bu istiqamətdə hansı fəaliyyətinin olduğu barədə də açıq mənbələrdə məlumat yoxdur.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz