Bakı-Tehran-Bakı reysi ləğv edildi


“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Tehran-Bakı marşrutu üzrə bu günə planlaşdırdığı reysi ləğv edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
Bildirilib ki, uçuşun bərpası ilə bağlı əlavə məlumat açıqlanacaq, sərnişinlər dərhal məlumatlandırılacaq.
“AZAL yaranmış narahatlığa görə üzr istəyir və göstərdikləri anlayış və səbirə görə sərnişinlərə təşəkkür edir. Uçuşların və sərnişinlərin təhlükəsizliyi AZAL üçün bir nömrəli prioritetdir. Sərnişinlər yeniliklər barədə xəbərdar olmaq üçün AZAL-ın çağrı mərkəzinə müraciət edə bilərlər: [email protected]”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top