ABŞ Ukrayna ilə sülh planını razılaşdırıb – Rusiyanın cavabı gözlənilir


ABŞ administrasiyası Ukrayna tərəfi ilə sülh planının demək olar ki, bütün aspektləri üzrə razılığa gəlib.
Yenaiavaz.com
xəbər verir ki, bu barədə “Axios” portalı danışıqlarla tanış olan mənbəyə istinadla məlumat yayıb.
Portalın məlumatına görə hazırda Ağ Ev Rusiya rəhbərliyindən cavab gözləyir.
Danışıqlarda Ukrayna və Avropanın yüksək vəzifəli rəsmiləri ilə iki günlük görüşlər keçirmiş ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner iştirak ediblər. Əsas müzakirə mövzuları Kiyev üçün təhlükəsizlik zəmanətləri və Donbasda mümkün ərazi güzəştləri olub.
Qeyd edək ki, bundan əvvəl Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri, Rusiya Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev Parisdə Uitkoff və Kuşnerlə görüş keçirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top