Xamenei etirazlar fonunda xalqa müraciət etdi


İranın dövlət televiziyası cümə günü Ali Rəhbər Ayətullah Əli Xameneinin ölkə miqyasında baş verən etirazlarla bağlı çıxışını yayımlayıb.
Yeniavaz.com
xəbər verir ki, Xamenei iranlıları milli birliyi qorumağa çağırıb və ABŞ Prezidenti Donald Trampa öz ölkəsindəki problemlərə diqqət yetirməyi tövsiyə edib.
Xamenei etdiyi çıxışda bildirib ki, iqtisadi çətinliklər səbəbilə ölkə üzrə davam edən etirazlar fonunda ictimai əmlaka ziyan vurmaqla ABŞ prezidentini razı salmağa çalışan bəzi iğtişaşçılar var.
“Ötən gecə Tehranda və başqa yerlərdə iğtişaşçılar ABŞ Prezidentinin könlünü xoş etməkdən ötrü öz ölkələrindəki binaları, tikililəri yandırdılar”, - Xamenei qeyd edib.
O, baş verənləri “terrorçu əməllər” kimi xarakterizə edib.
İranın Ali Rəhbəri Trampı ABŞ-da olan problemlərlə maraqlanmağa çağırıb.
O, İranın etiraz aksiyaları qarşısında geri çəkilməyəcəyini bildirib.
Qeyd edək ki, etirazlar ilkin olaraq Tehranda başlayıb. Böyük Bazarda çalışan mağaza sahibləri rialın kəskin dəyər itirməsinə etiraz olaraq aksiyalar keçiriblər. Nümayişlər daha sonra ölkənin digər bölgələrinə yayılıb və hazırda da davam edir.
İnternetin monitorinqi ilə məşğul olan “NetBlocks” qrupunun məlumatına görə, cümə axşamı ölkə üzrə internet tam kəsilib.

DİGƏR XƏBƏRLƏR

Top