
Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin (ADEA) balansında olan nəqliyyat vasitəsi hərrac vasitəsilə satılıb.
Yeniavaz.com Əmlak Məsələləri Dövlət Xidmətindən açıqlanan məlumatlara istinadən bildirir ki, hərracda 7 125 manata satılan avtomobil 2000-ci il istehsalı olan “Mercedes-Benz E240” markalı avtomobil olub.
Qeyd edək ki, açıqlanan rəsmi məlumatda satılan avtomobilin texniki vəziyyəti barədə heç bir məlumat verilməyib.
Onu da bildirək ki, hərrac vasitəsilə satılan avtomobilin qiyməti elan saytları vasitəsilə satışa çıxarılan avtomobillərin qiymətindən aşağı olub. Belə ki, ölkənin aparıcı elan saytlarından birində (turbo.az) yerləşdirilən avtomobil elanlarında 2000-ci il istehsalı olan “Mercedes-Benz E240” markalı avtomobilin ən aşağı qiyməti 10 800 manat, ən yüksək qiyməti isə 17 200 manat göstərilib.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz