Rusiya Lvovu saatda 13 min km sürətlə hərəkət edən raketlə vurub – Video


Ötən gecə Rusiya qüvvələri Ukraynanın paytaxtı Kiyevə dron və raketlərdən istifadə edərək daha bir hücum təşkil edib.
Yeniavaz.com
xəbər verir ki, Kiyev meri Vitali Kliçkonun “Telegram” kanalında yerləşdirilən məlumata görə, Darnitski rayonunda Rusiya pilotsuz təyyarəsi tərəfindən zədələnmiş evin yaralı sakinlərinə kömək edən həkim də daxil olmaqla, dörd nəfər həlak olub.
O bildirib ki, Kiyevdə Rusiyanın birgə hücumu nəticəsində 4 tibb işçisi də daxil olmaqla 19 nəfər yaralanıb, həmçinin elektrik və su təchizatında fasilələr yaranıb.
Dünən gecə Rusiya qüvvələri Ukraynanın Lvov şəhərinə də raket hücumu həyata keçirib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, zərbə vacib bir obyekti hədəf alıb. Konkret obyektin adı açıqlanmayıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin rabitə şöbəsinin rəisi Yuri İxnat Lvov bölgəsinə raket hücumunun Rusiyanın Həştərxan vilayətindəki Kapustin Yar təlim poliqonundan atıldığını bildirib. “Oreşnik” raket kompleksinin bu poliqonda yerləşdiyi bildirilir.
Ukrayna Hərbi Hava Qüvvələrinin Qərb Komandanlığı Rusiya qoşunlarının Lvov şəhərinə saatda 13 min kilometr sürətlə hərəkət edən ballistik raketlə hücum etdiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top