
“Azərbaycandan gələcək yeni neft məhsulları fonunda Ermənistanda qiymətlərin düşməsi gözlənilir”.
Yeniavaz.com “Sputnik”ə istinadla xəbərv erir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.
Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycan ərazisindən dəmir yolu ilə Ermənistana 6580 ton taxıl çatdırılıb:
“Bunun 1000 tonu Qazaxıstandan, 5580 tonu isə Rusiyadan gəlib. Həmçinin ötən il 1210 ton Azərbaycan benzini də idxal olunub”.
Qeyd olunub ki, 8 yanvar 2026-cı il tarixinə olan məlumata görə, Azərbaycan ərazisindən dəmir yolu ilə Ermənistana 8485 ton Rusiya taxılı daxil olub, 4103 tonu isə hələ də tranzitdədir. Həmçinin 7600 ton Azərbaycan neft məhsullarının – 6100 ton benzin və 1500 ton dizel yanacağının gətirilməsi gözlənilir.
Nazir qeyd edib ki, benzin və dizel yanacağının qiymətlərinin əvvəlki ayın qiymətləri ilə müqayisədə litr üçün 80 drama qədər azalması gözlənilir.
Tətbiqimizi yükləyə bilərsiniz