“Facebook”suz bir həftə insanları xoşbəxt edir

Danimarkalı araşdırmaçılar sübut ediblər ki, “Facebbok”dan bir həftə ərzində istifadədən imtina insanları xoşbəxt edir. “Yeniavaz.az”ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu, 1095 danimarkalı “Facebook” istifadəçisi arasında aparılmış araşdırma zamanı müəyyən edilib. İsitfadəçilər iki qrupa bölünüb. Test qurpunun iştirakçılarına bir həftə “Facebook”dan istifadə etmək qadağan olunub. Nəzarət qrupunda olanlar isə sosail şəbəkədən istifadəyə davam ediblər. Bir həftədən sonra müəyyən olub ki, test qrupunun iştirakçılarının yalnız 87 faizi “Facebook”dan uzaq dura bilib. Araşdırmaya qatılanlardan həyatdan məmun qalma səviyyəsini və müsbət emosiyaların sayını qiymətləndirmək xahiş edilib. Nəticədə məlum olub ki, “Facebook”dan uzaq duranlar həyatdan daha çox məmnun qalıblar və daha çox müsbət emosiya yaşayıblar.

DİGƏR XƏBƏRLƏR

Top