İranda stasionar telefonlar da kəsildi


İranın paytaxt Tehran da daxil olmaqla bəzi yerlərində stasionar telefon xidməti kəsilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “İran İnternational” portalı şahidlərə istinadla məlumat yayıb.
Telefon xidmətinin İranda kütləvi etirazlar fonunda kəsildiyi bildirilir.
Qeyd edək ki, daha əvvəl İranın hər yerində internet xidmətinin kəsilməsi barədə məlumat yayılıb.
Xatırladaq ki, İranda dekabrın sonlarında yerli valyutanın devalvasiyası fonunda etirazlar başlayıb. Polis tərəfindən gözyaşardıcı qaz və pnevmatik silahlardan istifadə də daxil olmaqla, gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə müşayiət olunan etirazlar baş verib. Ən böyük etirazlar Tehranda baş verib, ən şiddətli toqquşmalar isə qərbdə və cənub-qərbdə (Məlikşahi, Kirmanşah və Lordeqan şəhərləri) qeydə alınıb. İğtişaşlar və təhlükəsizlik qüvvələri ilə toqquşmalar 34 etirazçının və dörd təhlükəsizlik işçisinin ölümü ilə nəticələnib, 2000-dən çox nümayişçi həbs edilib.

DİGƏR XƏBƏRLƏR

Top