“Real” da finala çıxdı – “El Klasiko” olacaq


İspaniya Super Kubokunun növbəti finalçısı “Real Madrid” olub.
Yeniavaz.com
xəbər verir ki, Səudiyyə Ərəbistanında keçirilən turnirin yarımfinalında Xabi Alonsonun komandası “Atletiko Madrid”i 2-1 hesabı ilə məğlub edib.
“Kral Klubu”nun heyətində uruqvaylı müdafiəçi Federiko Valverde və braziliyalı hücumçu Rodriqo fərqləniblər. “Atletiko Madrid”in qolunu isə norveçli hücumçu Aleksandr Sörlot vurub.
Qeyd edək ki, superkubokun finalı yanvarın 11-də “Barselona” və “Real Madrid” arasında baş tutacaq.

DİGƏR XƏBƏRLƏR

Top