
“Paris Sen Jermen” (PSJ) “Marsel”i məğlub edərək, 14-cü dəfə Fransa Super Kubokunu qazanıb.
Yeniavaz.com xəbər verir ki, oyun Küveytdə baş tutub.
Əsas vaxt 2-2 hesablı heç-heçə ilə başa çatıb. PSJ-dən Usman Dembele və Qonsalo Ramos, “Marsel”dən isə Meyson Qrinvud fərqlənib. 87-ci dəqiqədə PSJ-nin müdafiəçisi Uilyam Paço öz qapısına qol vurub.
Penaltilər seriyasında Paris Sen-Jermen 4-1 hesablı qələbə qazanıb.
Bununla da, PSJ 14-cü dəfə (ardıcıl dördüncü il) Fransa Super Kubokunu qazanaraq turnirin rekordçusu olub.
PSJ-nin ən yaxın rəqibi səkkiz qələbə ilə “Lion”dur.
Tətbiqimizi yükləyə bilərsiniz