
İranda davam edən iğtişaşlar nəticəsində etirazçıların Tehranın mərkəzində bir neçə küçəni bağladığı iddia edilir.
Yeniavaz.com RT-yə istinadən xəbər verir ki, bu barədə sosial mediada videolar dərc olunur.
Yerli media isə İran paytaxtında vəziyyətin sakit olduğunu bildirib.
“Tasnim” xəbər agentliyinin məlumatına görə, bir qrup naməlum şəxs Məşhəd şəhərində iki mülki avtobusa hücum edərək sərnişinləri zorla çıxarıb və sonra nəqliyyat vasitəsini yandırıb.
Agentlik qeyd edir ki, bu, ətrafda olanlar arasında qorxu və panikaya səbəb olub. Təhlükəsizlik qüvvələrinin gəlişindən sonra vəziyyət sakitləşib və yanğını törədənlər saxlanılıb.
Qeyd edək ki, 28 dekabr 2025-ci ildə İran rialının kəskin şəkildə düşməsi səbəbindən tacirlər Tehranın mərkəzində etiraz aksiyalarına başlayıblar. “Fars” xəbər agentliyinin məlumatına görə, etiraz edən iş adamları həmkarlarını mağazalarını bağlamağa və hərəkata qoşulmağa çağırıblar. 30 dekabrda Tehran universitetlərinin tələbələri iğtişaşlara qoşulublar. Son günlərdə etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşmalar, əsasən qərb əyalətlərində artıb.
Tətbiqimizi yükləyə bilərsiniz