Tramp gələn həftə ABŞ-də Zelenski ilə görüşə bilər


ABŞ Prezidenti Donald Tramp gələn həftə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Axios” portalı Ukrayna mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, Zelenskinin gələn həftə Trampla görüşmək və təhlükəsizlik zəmanətləri ilə bağlı razılığa gəlmək üçün ABŞ-yə gəlməsi ehtimalı var.
“Axios” həmçinin bildirir ki, görüş 19-23 yanvar tarixlərində Davosda keçiriləcək Dünya İqtisadi Forumunun (WEF) illik iclası çərçivəsində baş tuta bilər.
Qeyd edək ki, 6 yanvarda Parisdə sözdə “istəklilər koalisiyası”nın iclası keçirilib. Zirvə görüşü zamanı Avropa ölkələrinin nümayəndələri Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı bəyannamə qəbul ediblər.

DİGƏR XƏBƏRLƏR

Top