“Sony” “PlayStation 5” üçün yeni aksesuarları təqdim etdi


“Sony” neon konsol korpusları və neon rənglərindəki “DualSense” simsiz kontrollerlərini özündə birləşdirən “Hyperpop” adlı “PlayStation 5” aksesuarları kolleksiyasını təqdim edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Verge” məlumat verib.
Qeyd olunur ki, kolleksiyanı hazırlayarkən “Sony” dizaynerləri oyun məkanlarını bəzəyərkən oyunçular arasında populyar olan vizual həllərə diqqət yetiriblər.
“Sony”nin rənglər, materiallar və bəzəklər dizayneri Leo Kardosonun sözlərinə görə, seçilmiş palitra interyerdə diqqət çəkən bir vurğu olmaq və müasir oyun avadanlıqlarının RGB işıqlandırması ilə mükəmməl uyğunlaşmaq üçün nəzərdə tutulub.
“Hyperpop” aksesuarları 12 martda satışa çıxarılacaq, öncədən sifarişlər 16 yanvardan açılacaq. Konsol korpusları məhdud sayda olacaq və pərakəndə satış qiyməti 75 dollar (təxminən 120manat) olacaq. Neon rəngli “DualSense” simsiz kontrollerlərinin qiyməti 85 dollar (təxminən 150 manat) təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top