Rusiya Krivoy Roqa zərbə endirdi, xəsarət alanlar var − Video


Rusiya Silahlı Qüvvələri Krivoy Roqa “İskəndər” sistemlərindən atılan iki ballistik raketlə zərbə endirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə şəhərin müdafiə şurasının rəhbəri Aleksandr Vilkul məlumat yayıb.
Onun sözlərinə görə, bundan sonra onlar şəhərə “Şahed” tipli hücum dronları ilə hücum ediblər.
Vilkul bildirib ki, raket zərbəsi nəticəsində çoxmənzilli binalar vurulub.
Medianın məlumatına görə, Krivoy Roqda su təchizatında fasilələr yaranıb.
Dnepropetrovsk vilayət prokurorluğunun məlumatına görə, hücumda bir uşaq da daxil olmaqla 12 nəfər yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top