İranın bəzi bölgələrində internet kəsildi


Tehran və İranın qərb əyalətlərinin bir neçə şəhərinin sakinləri ölkədə davam edən etirazlar və iğtişaşlar fonunda ev və mobil internet xidmətlərində kəsintilərdən şikayətləniblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “IranWire” nəşri məlumat yayıb.
Dünya miqyasında internet azadlığını izləyən “NetBlocks” təşkilatı, Kirmanşah şəhərindəki İran internet provayderi TCI-nin şəbəkələrində kəsintilər olduğunu bildirib. Təşkilat həmçinin bir neçə digər bölgədə də kəsintilər olduğunu qeyd edib.
Qeyd edək ki, İranda etirazlar 2025-ci ilin dekabr ayının sonundan bəri davam edir. Onlar ölkənin iqtisadi böhranı fonunda başlasa da, sonda Ayətullah Əli Xameneinin devrilməsi və İslam Respublikasının bütün siyasətinin yenidən nəzərdən keçirilməsi tələbi ilə siyasi etirazlara çevrilib. 

DİGƏR XƏBƏRLƏR

Top