
ABŞ-nin vitse-prezidenti Cey Di Vens amerikalı narkomanlardan üzr istəyib.
Yeniavaz.com xəbər verir ki, o, bunu “Fox News”a verdiyi müsahibədə deyib.
“Kokaini sevən bütün insanlardan üzr istəyirəm, amma Prezident Donald Tramp kokaini sevmir”, - Vens deyib.
Vitse-prezident qeyd edib ki, ölkə hakimiyyəti narkotiklərlə mübarizəni davam etdirəcək.
Vens bəzi amerikalıların təhlükəyə baxmayaraq qanunsuz maddələrdən həzz aldığını vurğulayıb. O, amerikalı narkomanları müalicə almağa çağırdı və ABŞ administrasiyasının fentanil və kokainə qarşı sərt mövqeyinə görə tənqidlərə baxmayaraq, ölkənin maraqlarını irəli sürməyə davam edəcəyini vurğuladı.
Tətbiqimizi yükləyə bilərsiniz