
Dubaydan Moskvaya uçan “UTair” reysi qəza siqnalı verib.
Yeniavaz.com xəbər verir ki, təyyarə yanacaq yandırmaq üçün bir saatdır ki, səmada dövrə vurub.
“Boeing 767-224” (UT 716 reysi) Əl-Maktum hava limanından yola düşüb və Moskva vaxtı ilə saat 21:15-də Vnukovoya enməli idi. Lakin, uçuşdan qısa müddət sonra heyət “7700” qəza kodunu göndərib.
Aviaşirkət aydınlaşdırıb ki, təyyarənin heyəti texniki səbəblərə görə ştat rejimində hava limanına eniş etmək qərarına gəlib. Sərnişinlər üçün heç bir təhlükə olmayıb.
“Uçuş təhlükəsizliyinə heç bir təhlükə yoxdur. İcazə verilən eniş çəkisinə qədər yanacaq yandırmaq təcili eniş etməyə ehtiyac olmadığı zaman istifadə edilən adi və tənzimlənən bir prosedurdur”, - bəyanatda deyilir.
“Utair” bildirib ki, uçuş hava limanına qayıdan təyyarənin sərnişinləri və heyəti təhlükəsizdir.
Tətbiqimizi yükləyə bilərsiniz