Qrenlandiya münaqişəsi NATO-nun dağılmasına səbəb ola bilər


ABŞ Prezidenti Donald Tramp administrasiyasının Qrenlandiya ilə bağlı sərt ritorikası və ada üzərində hipotetik münaqişə NATO-nun dağılmasına səbəb ola bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Washington Post” (WP)  məlumat yayıb.
“Karakas əməliyyatından sonra ABŞ-nin Qrenlandiya ilə bağlı ritorikası daha sərtləşib və Trampın suveren qonşunu faktiki olaraq ələ keçirməsindən sonra daha inandırıcı hala gəlib”, - məmatda deyilib.
Qəzet qeyd edir ki, ABŞ və Danimarka arasında ada üzərində hipotetik münaqişə NATO müttəfiqləri arasında qarşıdurmaya gətirəcək, lakin Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsi bütün 32 müttəfiqin yekdil razılığını tələb edir.
Məqalədə deyilir ki, ABŞ, əlbəttə ki, Danimarkadan gələn hər hansı bir yardım tələbini rədd edəcək və bu, müqaviləni faktiki olaraq mənasız edəcək.
Hesabat müəllifləri qeyd edirlər ki, avropalıların Qrenlandiya üzərində ABŞ ilə hərbi qarşıdurmaya əl atması ehtimalı azdır:
“Lakin belə bir münaqişənin perspektivi ABŞ müttəfiqləri üçün Tramp xəttinə əməl etməyin nə qədər çətin olduğunu daha da vurğulayır. Bu, transatlantik alyansın dağılmasına səbəb ola bilər”.

DİGƏR XƏBƏRLƏR

Top