
Bakıda telefonu oğurlayıb mobil tətbiqə müdaxilə edən şəxs saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, paytaxtın Suraxanı rayonunda talama cinayətləri qeydə alınıb. Naməlum şəxs axşam saat 23 radələrində Hövsan qəsəbə sakininin evinin qarşısında saxladığı "Daewoo" markalı avtomobildən əvvəlcə telefonunu, sonra isə mobil bank tətbiqindən 1 029 manatını oğurlayıb.
Polis 32 yaşlı S.Quluzadəni şübhəli şəxs qismində saxlayıb.
Faktla bağlı araşdırma aparılır.
Tətbiqimizi yükləyə bilərsiniz