
Azərbaycanlı yüngül atlet Ramil Quliyevə Türkiyənin “Fənərbağça” İdman Klubunda vəzifə verilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Bildirilib ki, o, klubun Atletika Departamentinin rəhbəri təyin edilib.
Qeyd edək ki, idmançı Türkiyə yığmasının heyətində dünya və Avropa çempionu olub.
Tətbiqimizi yükləyə bilərsiniz