
Dövlət Departamenti ABŞ vətəndaşlarını İrana səfər etməməyə çağırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Dövlət Departamentinin farsdilli “X” sosial şəbəkə səhifəsində öz əksini tapıb.
Çağırışda ABŞ-nin Tehranda səfirliyinin olmadığı və İranın “Səviyyə 4 - Səyahət Etməyin” ölkəsi olaraq qaldığı bildirilib.
Eyni zamanda, qeyd edilib ki, ABŞ vətəndaşları terrorizm, iğtişaşlar, adam oğurluğu və ədalətsiz həbslər də daxil olmaqla, İranda ciddi risklərlə üzləşirlər.
“Öz təhlükəsizliyiniz üçün heç bir halda İrana səfər etməyin”, - Dövlət Departamenti xəbərdarlıq edib.
ایران همچنان «یک کشور سطح ۴ – سفر نکنید» باقی مانده است. شهروندان ایالات متحده با خطرات جدی از جمله تروریسم، ناآرامی، آدمربایی و بازداشت ناعادلانه مواجه هستند. ایالات متحده در ایران سفارت ندارد. برای حفظ امنیت خود، به هیچ عنوان به ایران سفر نکنید. pic.twitter.com/687qcEyp0v
— USAbehFarsi (@USABehFarsi) January 8, 2026
Tətbiqimizi yükləyə bilərsiniz