Daşdəmirovun yerinə gələn Samir Qibləliyevin əvvəlki vəzifəsinə seçkilər olacaq


23 fevral 2026-cı il tarixində “Dərnəgül Nəqliyyat Tikinti Ticarət” ASC-nin (VÖEN – 1500238921) İdarə heyətinə yeni sədr seçiləcək.
Yeniavaz.com
xəbər verir ki, İdarə Heyətinə yeni sədrin seçilməsi üçün səhmdarların növbədənkənar ümumi yığıncağı çağırılıb.
Qeyd edək ki, “Dərnəgül Nəqliyyat Tikinti Ticarət” ASC 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 93 min 268 manat olan ASC-nin qanuni təmsilçisi (İdarə heyətinin sədri) Samir Vaqif oğlu Qibləliyevdir.
Məlumat üçün bildirək ki, Samir Qibləliyev təxminən 10 gün əvvəl “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin (VÖEN – 1904090831) qanuni təmsilçisi təyin olunub.
Xatırladaq ki, “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin qanuni təmsilçisi, Gəncə şəhərinin sabiq icra başçısı Rasim Daşdəmirovun oğlu Rəşad Daşdəmirov olub. Ötən ilin dekabr ayında o, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. Rəşad Daşdəmirov xüsusilə külli miqdarda qaçaqmalçılıqda və başqa ağır cinayətlərdə ittiham edilir.
Onu da qeyd edək ki, Rəşad Daşdəmirovun yerinə təyin olunan Samir Qibləliyevin Milli Məclisin İntizam Komissiyasının sədri, deputat Eldar İbrahimovun kürəkəni olduğu bildirilir.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top