
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tender müsabiqəsi elan edib.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsi 2026-cı il üzrə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında keçiriləcək bayram tədbirləri xidmətlərinin satın alınması ilə bağlıdır.
Qeyd edək ki, müsabiqənin ehtimal olunan qiyməti 951 min 884 manat 37 qəpik təşkil edir.
Bu məbləğə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında 4 bayram tədbiri – Novruz bayramı, 20 Sentyabr Şəhər Günü, 8 Noyabr Zəfər Günü və Yeni İl bayramı təşkil olunacaq.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz