Tanışının “Range Rover”inə 11 min manatlıq ziyan vurdu


Abşeron rayonu Xırdalan şəhəri ərazisində yaşayan sakinlərdən biri evinin qarşısında saxladığı “Range Rover” markalı avtomobilinin şüşələri və arxa işıqlarının sındırıldığı, həmçinin nəqliyyat vasitəsinin şinlərinin qəsdən yararsız hala salındığı barədə polisə məlumat verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
O, şikayətində hadisə zamanı əmlakına 11 min manat maddi ziyan dəydiyini bildirib.
“Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən 22 yaşlı C.Hüseynov saxlanılıb. Araşdırmalarla hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top