“İrəvan və Bakı potensial ticarət üçün mal siyahılarının mübadiləsini aparır”


“Ermənistan və Azərbaycan potensial ticarət üçün mal siyahılarını mübadilə edir”.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət iclasından sonra keçirilən brifinqdə bildirib.
O, prosesin davam etdiyini və müzakirələrin aparıldığını qeyd edib.
Hökumətin Azərbaycan benzinini kimin alacağını necə müəyyən etdiyini şərh edən Paşinyan əlavə edib ki, bazar əvvəlcədən araşdırılıb və bu fürsəti siyasi aksiyaya çevirməyəcək iş adamlarına təklif verilib.
Baş nazirin sözlərinə görə, Ermənistana ilk neft məhsullarının çatdırılması zamanı bəzi Ermənistan yanacaq doldurma şəbəkələri Azərbaycan benzinini satmaqdan imtina edib.
Onun sözlərinə görə, bir neçə partiyadan sonra bazarın və imkanların hər kəs üçün açıq olduğu aydın olacaq və kim istəsə, bunlardan istifadə edə biləcək.
Qeyd edək ki, ötən il dekabrın 18-də bir neçə onillikdən sonra ilk dəfə Ermənistana Gürcüstan ərazisindən 1200 ton Azərbaycan benzini çatdırılıb.
Xatırladaq ki, bu gün, 8 yanvar 2026-cı il tarixində Azərbaycandan Ermənistana neft məhsullarının növbəti tədarükü həyata keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top