“Embawood” mənfəətini 5 dəfə, işçilərin maaşını 9% artırıb – Hesabat


Mebel istehsalı və satışı sahəsində ölkənin ən böyük şirkətlərindən biri olan “Embawood” MMC-nin əməliyyat gəlirləri təxminən 2 dəfə, xalis mənfəəti isə 5 dəfədən çox artıb.
Yeniavaz.com
xəbər verir ki, “Embawood”un əməliyyat gəliri 2024-cü ildə 102,4 milyon manat olub.
Qeyd edək ki, şirkətin xalis mənfəəti bir il ərzində 5 dəfədən çox artaraq 434 min manatdan 2,3 milyon manata çatıb.
Onu da bildirək ki, şirkətin gəlirləri və mənfəətində kəskin artımlar qeydə alınsa da, işçilərin əməkhaqqında böyük artım olmayıb. Belə ki, “Embawood”un işçi heyəti üzrə xərcləri cəmi 9% artaraq 11,1 milyon manatdan 12,2 milyon manata yüksəlib.
Açıqlanan son məlumata görə, “Embawood” MMC-nin əsas pay sahibləri millət vəkili Məşhur Məmmədov, Polyakova Tamara və Elşad Abbasovdur.
“Embawood” MMC-nin pay sahibləri aşağıdakı şəxslərdir:
Polyakova Tamara – 24%;
Elşad Abbasov İnşallah oğlu – 23%;
Məşhur Məmmədov Şahbaz oğlu – 23%;
Həsənova Nərminə Altay qızı – 10%;
Səmədova Günay Mehdi qızı – 10%;
Qasımova Aytac Mehdi qızı – 10%.


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top