
Erməni xizəkçi Mikael Mikaelyan geyimindəki “Azərbaycan” sözünü lentlə örtdüyünə görə Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) tərəfindən cərimələnib.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, hadisə İtaliyanın Toblax şəhərində “Tour de Ski” yarışı zamanı baş verib.
Ancaq cərimənin məbləği göstərilməyib.
Azərbaycan reklamı “Tour de Ski” yarışı ərzində xizəkçi geyimləri ilə yanaşı, böyük reklam lövhələrində də yerləşdirilib.
İdmançı hərəkətlərini izah etməkdən imtina edib.
Qeyd edək ki, ötən ilin may ayında FIS Azərbaycan Dövlət Turizm Agentliyi ilə 5 il müddətinə sponsorluq müqaviləsi imzalayıb. 2025/26 mövsümündən başlayaraq 2029/30 mövsümünə qədər davam edəcək müqaviləyə əsasən, Azərbaycan FIS tərəfindən təşkil edilən Dünya Çempionatları və Kuboklarının əsas tərəfdaşı olacaq.
Tətbiqimizi yükləyə bilərsiniz