Holan Premyer Liqada daha bir rekorda imza atdı


“Mançester Siti”nin hücumçusu Erlinq Holan İngiltərə Premyer Liqasının 35 000-ci qolunu vurub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Opta”, sosial media platformasında məlumat verib.
Məlumata görə, norveçli hücumçu Premyer Liqanın 21-ci turunda “Brayton”a qarşı oyunda (1-1) penalti ilə fərqlənib.
Turnirin 30 mininci qolu isə 2021-ci ilin avqustunda “Bernli”nin oyunçusu Kris Vud tərəfindən vurulub.
Digər tərəfdən, bu qol Holanın “Mançester Siti”də 150-ci qolu olub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Holana 150 qola çatması üçün bütün yarışlar daxil olmaqla 173 oyun lazım olub. O, həmçinin 25 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Erlinq Holan 2022-ci ilin yayından bəri “Mançester Siti”də oynayır. Onun əvvəlki komandası “Borussiya Dortmund” olub.
“Transfermarkt”ın məlumatına görə, Holanın hazırkı transfer qiyməti 200 milyon avrodur. Bu isə onu dünyanın ən bahalı üç futbolçusundan biri edir.

DİGƏR XƏBƏRLƏR

Top