Fransa millisinin futbolçusu “Fənərbağça” üçün İstanbula gəldi


Türkiyənin “Fənərbağça” klubu Fransa millisinin futbolçusu Matteo Quendouzini heyətinə qatmağa çox yaxındır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə klubun rəsmi sosial media hesablarında məlumat dərc olunub.
Bildirilib ki, futbolçu və klubu ilə danışıqlar davam etdirilir.
“Bu çərçivədə futbolçu transfer danışıqlarını davam etdirmək və tibbi müayinədən keçmək üçün İstanbula dəvət olunub”, - məlumatda deyilir.
Yerli KİV Türkiyə təmsilçisinin Quendouzi üçün İtaliya təmsilçisi “Latsio”ya 30 milyon avro ödəyəcəyini yazır.

DİGƏR XƏBƏRLƏR

Top