FIFA dünya çempionatında ofsayd üçün süni intellektdən istifadə edəcək


Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) 2026-cı il dünya çempionatında ofsayd qərarları üçün süni intellektdən istifadə edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə FIFA prezidenti Canni İnfantino “The Guardian” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, ofsaydları müəyyən etmək üçün FIFA bütün futbolçuların süni intellektlə təchiz olunmuş 3D surətlərini yaradacaq.
Bu surətlər yarıavtomatlaşdırılmış ofsayd aşkarlama sisteminə oyunçuların son mövqeyini daha dəqiq müəyyən etməyə imkan verəcək. Əldə edilən skan nəticələrinin köməyi ilə futbolçunun hər hərəkətini əvvəllər əlçatmaz olan dəqiqliklə izləmək mümkün olacaq. Ofsayd qərarları 3D formatda təqdim olunacaq.
Qeyd edək ki, daha əvvəl Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) 20 yanvar 2026-cı il tarixində ofsayd qaydalarını dəyişdirməyi nəzərdən keçirəcəyi bildirilmişdi. Əgər bu dəyişikliklər qəbul edilərsə, qaydaların 2026/27 mövsümündən etibarən qüvvəyə minməsi gözlənilir.
Xatırladaq ki, 2026-cı il Dünya Çempionatı 11 iyun - 19 iyul tarixlərində Kanada, Meksika və ABŞ-də keçiriləcək. Çempionatda ilk dəfə olaraq 48 komanda iştirak edəcək.

DİGƏR XƏBƏRLƏR

Top