Maduronun arvadını ABŞ-yə aparmaq planda olmayıb – Özü təkid edib


Amerika hərbçiləri Venesuela Prezidenti Nikolas Maduroya qarşı əməliyyat zamanı onun həyat yoldaşını aparmağı planlaşdırmayıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Venesuelanın daxili işlər, ədliyyə və sülh naziri Diosdado Kabello “Telesur” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Siliya Flores Maduro ilə birlikdə getməyi özü təkid edib.
“Nikolas Maduronu apararkən Siliya Floresi aparmaq planlaşdırılmayıb. Siliya isə onlara “Əgər həyat yoldaşımı aparsanız, onda məni də aparmalısınız” deyib” - nazir qeyd edib.
Kabello həmçinin, Karakasdakı əməliyyat zamanı əksəriyyəti gənclərdən ibarət olmaqla ən azı 100 nəfərin öldürüldüyünü bildirib.
Qeyd edək ki, yanvarın 3-də ABŞ-nin Venesuelaya qarşı həyata keçirdiyi əməliyyat zamanı prezident Nikolas Maduro və həyat yoldaşı Siliya Flores həbs edilərək Nyu-Yorka aparılıb. ABŞ Prezidenti Donald Tramp Maduro və Floresin narkotik terrorizmi və ABŞ üçün təhlükə yaradan iddialarla mühakimə olunacağını qeyd edib. Maduro və həyat yoldaşı Nyu-York məhkəməsində çıxış edərkən ittihamları qəbul etməyiblər. Venesuela Ali Məhkəməsi dövlət başçısı vəzifələrini müvəqqəti olaraq vitse-prezident Delsi Rodrigesə həvalə edib. Yanvarın 5-də o, rəsmi olaraq vəzifəsinin icrasına başlayıb və Milli Assambleya qarşısında and içib.

DİGƏR XƏBƏRLƏR

Top