Cəbrayıldakı yanğını 66 yaşlı kişi törədib


Yanvar ayının 7-də Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndinin ərazisində əkin sahəsində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb.
Bildirilib ki, araşdırmalarla yanğını 1960-cı il təvəllüdlü F.Abbasov tərəfindən törədildiyi müəyyən edilib.
“Hadisə nəticəsində 1 hektar ərazidə quru ot sahəsi yanıb.
Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top