Tramp Rusiyaya qarşı sanksiyalara “yaşıl işıq” yandırdı


ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə respublikaçı senator Lindsi Qrem “X” sosial media platformasında məlumat yayıb.
Siyasətçi Amerika lideri ilə məhsuldar görüş keçirdiyini və Rusiyaya qarşı sanksiyalar haqqında ikipartiyalı qanun layihəsinə yaşıl işıq yandırdığını qeyd edib.
Qrem sənəd üzərində senator Riçard Blumental və senator həmkarlarının işlədiyini bildirib.
Respublikaçı həmçinin bildirib ki, səsvermənin gələn həftə keçiriləcəyi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top