
İranda davam edən etiraz aksiyaları fonunda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş generalı Qasım Süleymaninin abidəsi yandırılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Iran International” portalı məlumat yayıb.
Portalın məlumatına görə, hadisə çərşənbə axşamı İsfahan ostanının Kaşan şəhərində baş verib.
Sosial şəbəkələrdə yayılan videolarda Kaşanda etirazçıların Qasım Süleymaninin heykəlini yandırdığı göstərilir. Həmçinin, videolardan abidənin axşam saatlarında yandırıldığı məlum olur.
Qeyd edək ki, Qasım Süleymani 2020-ci ildə Bağdad aeroportu yaxınlığında ABŞ tərəfindən pilotsuz uçuş aparatı ilə endirilən raket zərbəsi nəticəsində öldürülmüşdü.
Tətbiqimizi yükləyə bilərsiniz