ABŞ 66 beynəlxalq təşkilatdan çıxır – Tramp sənəd imzaladı


ABŞ Prezidenti Donald Tramp ölkənin 66 beynəlxalq təşkilatdan çıxmasını nəzərdə tutan sənəd imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ağ Ev rəsmi məlumat yayıb.
Bildirilib ki, bu təşkilatlara üzvlük artıq ABŞ-nin maraqlarına xidmət etmir.
Qeyd olunub ki, 66 təşkilatdan 31-i BMT-nin himayəsi altında fəaliyyət göstərir.
Belə ki, ABŞ BMT-nin himayəsi altında fəaliyyət göstərən Demokratiya Fondu, Beynəlxalq Hüquq Komissiyası, Baş Katibin Uşaqlara Qarşı Zorakılıq üzrə Xüsusi Nümayəndəsinin Ofisi, Sülh Quruculuğu Fondu və s. kimi strukturları tərk edib.
ABŞ həmçinin Avropa Şurasının konstitusiya hüququ üzrə məsləhət orqanı olan Venesiya Komissiyasından da çıxıb. Siyahıya kütləvi qırğın silahlarının yayılmasının qarşısını almağı hədəfləyən beynəlxalq qeyri-hökumət təşkilatı olan Ukrayna Elm və Texnologiya Mərkəzi də daxildir.

DİGƏR XƏBƏRLƏR

Top