
Məşhur “Karvan” musiqi qrupunun təsisçisi, ölkənin ilk qadın klip rejissoru və prodüseri Sevinc Kərimova vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkə hesabında məlumat yayıblar.
Onun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, 70 yaşı olan Sevinc Kərimova uzun müddət ailəsi ilə birlikdə ABŞ-də yaşayıb və bu yaxınlarda Bakıya qayıdıb.
Xatırladaq ki, bu gün Prezident İlham Əliyev Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sevinc Kərimova “Tərəqqi” medalı ilə təltif olunanlar arasında olub.
Tətbiqimizi yükləyə bilərsiniz