
Fransız aktrisa Bricit Bardonun ölüm səbəbi xərçəng olub.
Yeniavaz.com “Paris Match”a istinadən xəbər verir ki, bu barədə onun yoldaşı Bernard d'Ormal danışıb.
D'Ormal deyib ki, son zamanlar bel ağrıları səbəbindən aktrisa yaşamaq iradəsini itiribmiş:
Son aylarda bu, iki və ya üç dəfə baş verib. Fiziki əzab anlarında o, hər şeydən bezdiyini deyib”.
Qeyd edək ki, “Le Figaro” dekabrın 28-də Bricit Bardonun ölümünü xəbər verib. Aktrisa 91 yaşında vəfat edib. Ölümün dəqiq səbəbi ilkin olaraq açıqlanmayıb; onun xəstə olduğu və ölümündən bir müddət əvvəl xəstəxanada müalicə aldığı məlum olub.
Tətbiqimizi yükləyə bilərsiniz