Messi məşqçi olmaq istəyir?


“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi oyundan ayrıldıqdan sonra gələcəyi ilə bağlı fikirlərini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Messi “LUZU TV”ə danışıb. 
“Düzünü desəm, özümü məşqçi kimi görmürəm. Menecer olmaq fikri xoşuma gəlir, amma seçim etməli olsam, klub sahibi olmağa üstünlük verərdim. Öz klubuma sahib olmaq və onu sıfırdan inkişaf etdirmək, gənc oyunçulara və başqalarına inkişafında kömək etmək və vacib bir şeyə nail olmaq imkanı vermək - məni ən çox cəlb edən budur”, - Messi deyib.
Argentinalı futbolçu əvvəllər “Barselona” və “Paris Sen-Jermen”də də yüksək səviyyədə çıxış edib.

DİGƏR XƏBƏRLƏR

Top