
ABŞ-nin Avropa Komandanlığı Şimali Atlantik Okeanında “Bella I” (“Mariner”) neft tankerinin ələ keçirildiyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə komandanlıq məlumat yayıb.
“Gəmi Şimali Atlantikada ABŞ federal məhkəməsi tərəfindən verilən orderə əsasən ələ keçirilib. Bu zəbt ABŞ prezidentinin Qərb yarımkürəsinin təhlükəsizliyini və sabitliyini təhdid edən sanksiyaya məruz qalmış gəmiləri hədəf alan göstərişini dəstəkləyir. Əməliyyat Daxili Təhlükəsizlik Departamentinin elementləri tərəfindən Müharibə Departamentinin dəstəyi ilə həyata keçirilib”, - məlumatda deyilir.
Qeyd edək ki, bu xəbərdən bir qədər əvvəl “Reuters” mənbəyə istinadən bildirib ki, ABŞ Sahil Mühafizəsi tankeri ələ keçirmək üçün əməliyyat keçirir. Agentliyin mənbələri qeyd edib ki, Rusiya hərbi gəmiləri tankerin və ABŞ Sahil Mühafizəsinin bilavasitə yaxınlığında olub.
Tətbiqimizi yükləyə bilərsiniz