
Sabah Bakının Sabunçu və Nizami rayonlarının bəzi ərazilərində təbii qazın verilməsində fasilə yaranacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Məlumata görə, təmir işləri ilə əlaqədar saat 10:00-dan etibarən Sabunçu rayonu, Pirşağı qəsəbəsinin bir hissəsinin və Nizami rayonu, Q.Qarayev, Ə.Kürçaylı, R.Rüstəmov, Nəsimi küçələrinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Tətbiqimizi yükləyə bilərsiniz