Qarabağ Dirçəliş Fondu 210 min manat dəyərində 3 avtomobilini sığortalayıb


Qarabağ Dirçəliş Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (açıq tender) qalibi “Qala Sığorta” ASC (VÖEN – 1700066901) olub.
Yeniavaz.com
xəbər verir ki, “Qala Sığorta” ASC işçilərin könüllü tibbi sığortası və Fondun balansında olan nəqliyyat vasitələrinin kasko sığortası xidmətlərini təqdim edəcək.
Bildirilir ki, Qarabağ Dirçəliş Fondu ümumilikdə 43 işçinin könüllü tibbi sığorta xidməti və 3 ədəd nəqliyyat vasitəsinin kasko sığortası üçün “Qala Sığorta”ya 21 min 231 manat 8 qəpik ödəyəcək.
Qeyd edək ki, sığorta olunacaq avtomobillər aşağıdakılardır:
2021-ci il istehsalı olan “Mazda CX-5” – dəyəri 50 min manat;
2021-ci il istehsalı olan “Mazda CX-9” – dəyəri 60 min manat;
2024-cü il istehsalı olan “Rox 01” – dəyəri 99 min 420 manat.


Onu da bildirək ki, “Qala Sığorta” ASC 15 yanvar 1999-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 milyon 17 min 788 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 96-da yerləşir. ASC-nin qanuni təmsilçisi Allahverdiyev Fuad Kamran oğludur.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top