“Nissan”ın satışları son 30 ildə ən aşağı səviyyəyə düşdü


2025-ci ildə “Nissan” satışları daxili bazarda son 30 ilin ən aşağı səviyyəyə düşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Nikkei” nəşri məlumat yayıb.
Nəşr qeyd edir ki, avtomobil istehsalçısının ümumi daxili bazardakı payı ilk dəfə 10%-dən aşağı düşüb.
“Nissan” ötən il daxili bazarda 403 000 avtomobil satıb ki, bu da 2024-cü il hədəfindən 15% azdır.
Sənaye mütəxəssisləri avtomobil istehsalçısının zəif göstəricisini yeni məhsulların olmaması, maliyyə çətinliklərinin artması və ictimai qalmaqalların şirkətin imicinə zərbə vurması ilə əlaqələndirirlər.

DİGƏR XƏBƏRLƏR

Top