
Ötən ilin ilk 10 ayı ərzində Azərbaycana xarici ölkələrdən təxminən 3 750 kiloqram dondurulmuş səkkizayaqlı ilbizlər (“Octopus spp.”) idxal olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, xaricdən gətirilən səkkizayaqlı ilbizlərin bir kiloqramının orta gömrük dəyəri 9,6 dollar (16,3 manat) təşkil edib.
Qeyd edək ki, ötən ilin ilk 10 ayında Azərbaycan 7 ölkədən səkkizayaqlı ilbizlər idxal edib:
Birləşmiş Ərəb Əmirlikləri – təxminən 20 kq (bir kiloqramının orta gömrük dəyəri 50 dollar);
Çin – təxminən 570 kq (8,4 dollar);
Hindistan – təxminən 1 720 kq (7,5 dollar);
Vyetnam – təxminən 410 kq (11,8 dollar);
Belçika – təxminən 280 kq (12,6 dollar);
İspaniya – təxminən 730 kq (11,3 dollar);
Niderland – təxminən 10 kq (82 dollar).
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz