Rusiyada helikopter qəzası olub – Ölənlər var


Rusiyanın Perm diyarında şəxsi helikopter qəzaya uğrayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinə istinadla TASS agentliyi məlumat yayb.
Məlumata görə, qəza nəticəsində iki nəfər dünyasını dəyişib.
Qəza Perm diyarının Bardım rayonundakı Aşatlı Park istirahət mərkəzinin ərazisində baş verib.
Agentliyin bildirdiyinə görə, hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerində işləyirlər.
Qəza ilə bağlı məlumatlar dəqiqləşdirilir.

DİGƏR XƏBƏRLƏR

Top