Liam Rosenyoru o əvəz etdi


İngiltərəli məşqçi Qari O'Nil Fransanın “Strasburq” klubunun baş məşqçisi təyin edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumata görə, “Strasburq” Qari O'Nilin əsas komandanın məşqçisi təyin olunduğunu elan edib.
42 yaşlı O'Nillin yüksək liqada geniş təcrübəsi var. Keçmiş hücumameyilli yarımmüdafiəçi İngiltərədə oyunçu kimi 500-dən çox oyun keçirib.
O, məşqçi kimi “Bornmut” və “Vulverhempton” komandalarında 88 Premyer Liqa oyununa rəhbərlik edib.
“Qari O'Nil bu cümə axşamı ilk məşqini keçirəcək və şənbə günündən etibarən Fransa Kuboku matçı üçün “Avranş”la səfər oyununda “Strasburq”un ehtiyat oyunçular skamyasında oturacaq”, - deyə klub məlumat verib.
Qeyd edək ki, “Strasburq”un əvvəlki baş məşqçisi Liam Rosenyor vəzifəsindən ayrılaraq, İngiltərənin “Çelsi” klubuna keçib.
Xatırladaq ki “Strasburq” Fransa liqasının turnir cədvəlində 17 oyundan sonra 24 xalla yeddinci yerdədir. O, Fransa çempionatının lideri “Lens”dən 16 xal geri qalır.

DİGƏR XƏBƏRLƏR

Top