“Məscid insana hüzur verir...” – Lamin Yamal


Səs-küy dolu stadionlara, yanıb-sönən kameralara alışan Lamin Yamal bu dəfə daha sakit bir şeydən - hüzurdan danışıb.
Yeniavaz.com
“Daily Sabah” nəşrinə istinadla xəbər verir ki, “Barselona” klubunun və İspaniya millisinin vingeri bu yaxınlarda BƏƏ-nin paytaxtı Əbu-Dabidəki Şeyx Zayed Məscidini ziyarət edib.
Onun bu ziyarəti 2026-cı ilin yanvar ayının əvvəlində BƏƏ-yə səfəri çərçivəsində baş tutub.
“Məscid insana hüzur verir. Hansı dinə mənsub olmağınızdan asılı olmayaraq, ora gedəndə bu hüzuru hiss edirsiniz. Biz müsəlmanlar üçün isə məscid daha çox hüzür gətirir”, - Yamal deyib.
Yamalın məscidi ziyarəti ilə bağlı dediyi bu sözlər böyük marağa səbəb olub və sosial mediada, həmçinin telekanallarda qısa bir vaxtda yayılıb.
Nəşr yazır ki, Yamal inanclarını heç vaxt gizlətməyib. Kameralar tez-tez onun oyun başlamazdan əvvəl dua etdiyini göstərir. O, həmçinin beynəlxalq səyahətlər zamanı müsəlman oyunçularla birlikdə dua edərkən və məscidləri ziyarət edərkən də görünür.
Qeyd edək ki, 2007-ci ildə tamamlanan və BƏƏ-nin qurucusunun adını daşıyan Şeyx Zayed Məscidi eyni anda 40 000-dən çox insanı qəbul edə bilir. Məscidin 82 günbəzi, dörd minarəsi və ağ mərmərdən  geniş həyəti var. Məsciddə qeyri-müsəlmanlar üçün bələdçi turları da təşkil edilir.

DİGƏR XƏBƏRLƏR

Top