Türkiyədə “gömrüksüz alış-veriş” dövrü başa çatdı


Türkiyə vətəndaşlarının xaricdən gələrkən özləri ilə gətirdikləri və kommersiya xarakteri daşımayan əşyalarla bağlı gömrük güzəşti qaydaları dəyişdirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Prezidentin imzaladığı qərar “Rəsmi qəzet”də dərc olunub.
Yeni qaydaya əsasən, hər hansı verginin tətbiq olunmadığı 30 avroluq limit ləğv edilib.
“Bu qərarla xaricdən gömrük rüsumu ödənilmədən edilən alış-veriş dövrü başa çatıb”, - “BirGün” yazır.
Qeyd edək ki, 6 avqust 2024-cü ildə fiziki şəxslərin xaricdən gətirdiyi məhsullar üçün gömrükdən azadolma həddi 150 avrodan 30 avroya endirilmişdi. 2024-cü ilin dekabrında qəbul edilən yeni qərarlarla birlikdə isə çatdırılma xərcləri də məhsulun qiymətinə daxil edilmiş və faktiki limit 27 avroya salınmışdı.

DİGƏR XƏBƏRLƏR

Top