Yük avtomobillərinin ehtiyat hissələrini oğurlayan usta saxlanıldı


Qaradağ rayonunda yük avtomobillərinin ehtiyat hissələrini oğurlayan maşın ustası saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, gecə saatlarında naməlum şəxslər bir nəfərə məxsus “Kamaz” markalı yük avtomobilinin 300 manat dəyərində ehtiyat hissəsini oğurlayıb.
“Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı T.Əliyev və 31 yaşlı S.İsgəndərov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma zamanı T.Əliyevin avtomobil ustası olduğu, rayon ərazisində daha iki yük avtomobilinin ehtiyat hissələrini oğurlayaraq satdığı məlum olub”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top