“Santos” Neymarla müqaviləni uzatdı


Braziliyanın “Santos” klubu Neymarla müqavilənin müddətini uzadıb.
Yeniava.com
xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hücumçunun yeni müqaviləsi 2026-cı ilin sonuna qədərdir. Onun əvvəlki müqaviləsi dekabrın 31-də başa çatıb.
Neymar 2025-ci ilin yanvar ayında doğma “Santos” komandasına qayıdıb. 33 yaşlı futbolçu zədəli olmasına baxmayaraq komandanın Braziliya A Seriyasında qalması üçün kömək edib.
Mövsüm bitdikdən sonra Neymar diz əməliyyatı keçirib və dəqiq sağalma müddəti hələ açıqlanmayıb.
Qeyd edək ki, “Santos”un yetirməsi olan Neymar 2009-cu ildən 2013-cü ilədək əsas komandada çıxış edib. Daha əvvəl İspaniyada “Barselona”nın və Fransada PSJ-nin formasını geyinib.
Xatırladaq ki, Neymarın fevralın 5-də 34 yaşı tamam olacaq.

DİGƏR XƏBƏRLƏR

Top